home

bizə yaz
 
eng
 
рус
 

 

Mobil Media Birliyi (MMB) bir qrup yaradıcı gəncin yaratdığı şəbəkədir. Bizim məqsədimiz film çəkilişi, dizayn, PR, yeni media və informasiya texnologiyaları sahəsində bilik, bacarıq və ideyalarımızı ictimaiyyətlə paylaşmaqdır. Biz vətəndaş cəmiyyətində real dəyişikliklərə səbəb olacaq fəaliyyət göstərməyə çalışırıq.

 

Son zamanlar elm və informasiya texnologiyalarının inkişafı peşəkar bilik və bacarıqların öyrənilməsi və tədbiqini asanlaşdırır. Bu imkandan istifadə edərək MMB qeyri-kommersiya sahəsinə aid olan layihələrin daha ucuz və səmərəli olması üçün, xüsusi məlumat bazası hazırlayır. Biz insanlara elm və texnika sahəsində baş verən yeniliklərə mobil reaksiya verməyi və öz fəaliyyətlərində bu imkanları səmərəli istifadə etməyi öyrətmək məqsədi daşıyırıq.