home

bizə yaz
 
eng
 
рус
 

QHT-lərin effektiv PR-ı | 13 noyabr 2010

27-28 noyabr və 4-5 dekabrda "QHT-lərin effektiv PR-ı" adlı təlim keçiriləcək.
Təlimdə, ənənəvi media, yeni media, sosial media, web site və web 2.0, sosial şəbəkələr vasitəsiylə PR, telefon və kamera vasitəsi ilə internetdə canlı yayım, videohesabatların çəkilişi və montajı, PR bazarının analizi və PR strategiyasının hazırlanması haqda məlumat veriləcək.
Təlimdə iştirak etmək istəyənlər, CV, motivasiya məktubu və təmsil elədikləri QHT-nin adını, 25 noyabr 18:00-dək training@think-mobile.org elektron poçtuna göndərə bilərlər.
Təlim ödənişsizdir. Təlimdə seçilən 15 QHT nümayəndəsi iştirak edəcək.
Təlim, Mobil Media Birliyi və DAN BGİB tərəfindən icra olunur.
Bu layihə Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq Inkişaf Agentliyin Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir.

QHT-lərin sosial media vasitəsi ilə PR-ı | 13 noyabr 2010

Mobil Media Birliyi, 13-14 və 20-21 noyabrda, 15 QHT nümayəndəsi üçün, dörd günlük, QHT-lərin sosial media vasitəsi ilə PR-ı mövzusunda təlim keçirir.

"Qara üçbucaq" video-incəsənət təlimi | 31 oktyabr 2010

Mobil Media Birliyi, 23-24 və 30-31 oktyabrda "Qara üçbucaq" adlı video-incəsənət təlimi təşkil etmişdir. Təlimdə video yaradıcılığının əsasları, video çəkilişi, montaj, rejissura və ssennari yazılışı haqda teoritik və praktiki məlumatlar verilmişdir.

Atlas Medical Center ilə əməkdaşlıq | 28 iyun 2010

Mobil Media Birliyi, Atlas Medical Center üçün promo çarxlar hazırlamışdı.

Oxfam Azərbaycan ilə əməkdaşlıq | 28 iyun 2010

Oxfam Azərbaycanın fəaliyyəti barədə sənədli film çəkilmişdi.

Yerli QHT-lərə PR sahəsində dəstək programı | 19 iyun 2010

Mobil Media Birliyi, "Yerli QHT-lərə PR sahəsində dəstək programı"-na başlayır.

AMM ilə əməkdaşlıq | 17 iyun 2010

Mobil Media Birliyi, Azərbaycan Media Mərkəzi ilə əməkdaşlıq çərçivəsində, verilişlərin çəkilişi üçün studiya yaratmışdır.

UNHCR ilə əməkdaşlıq | 16 iyun 2010

Mobil Media Birliyi, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının(UNHCR) keçirəcəyi Dünya Qaçqınlar Gününə aid videoların tərcüməsini təşkil edir. 20 İyun Dünya Qaçqınlar Günündən sonra videolara bizim portfolioda baxa biləcəksiz.

UNFPA ilə əməkdaşlıq | 15 iyun 2010

Mobil Media Birliyi, UNFPA-in ailədaxili zorakılıqla mübarizə layihəsi çərçivəsində, web 2.0 vasitəsi ilə layihənin PR-ını təşkil edir.

Web saytın açılışı | 14 iyun 2010

Mobil Media Birliyi web saytını internet istifadəçilərinin ixtiyarına verir. Sayt 3 dildə fəaliyyət göstərir. Saytda MMB-nin fəaliyyəti, göstərdiyi xidmətlər haqqında məlumat almaq və MMB-nin portfoliosu ilə tanış olmaq olar.